“İnter”in Avropa Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcəyi “Laçi” səfərinin proqramı məlum olub. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Albaniyaya 2 müxtəlif qrupla yollanacaq.
Əvvəlcə inzibati heyət uzaq səfərə çıxacaq. Onlar sabah səhər saat 4:50-də, futbolçular isə saat 14:30-da Bakını tərk edəcəklər. Maliyyə problemi burulğanında çobalayan klub çarter reysi təşkil edə bilmədiyindən, hər iki qrup Bakı-İstanbul-Tirana reysi ilə hərəkət edəcək.
Qeyd edək ki, “Laçi” – “İnter” qarşılaşması iyulun də, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.