Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək komandalardan biri də "Qəbələ"di. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisinin iyulun 2-də Tiflisdə "Dinamo" ilə keçirəcəyi matçın hakimləri də bəllidi. Görüşdə Roy Raynşreyberin rəhbərlik etdiyi israilli hakimlər briqadası fit çalacaq. 
Dünən 35 yaşını qeyd edən hakim 2014-cü ildən FİFA referisi statusunu daşıyır. Raynşreyber ilk dəfədi ki, komandalarımızın oyununa təyinat alır. Buna baxmayaraq, daha öncə yəhudi hakimlər 12 dəfə təmsilçilərimizin qarşılaşmalarında fit çalıb. Bu görüşlərin 2-də qalib gələn komandalarımız eyni sayda da "sülh"ə imza atıblar. Qalan 8 görüş isə təmsilçilərimizin məğlubiyyətiylə üzləşiblər. İsrailli hakimlər həmin matçlarda 5 dəfə 11 metrlik cərimə zərbəsi təyin ediblər. Bu qərarların 2-i lehimizə, 3-ü isə əlehimizə olub. 
Bundan əlavə, "Qəbələ"nin iştirakı ilə baş tutan görüşlərdə israilli hakimlərin ilk dəfə fit çalacağını da qeyd etməliyik. 
Digər tərəfdən, yəhudi hakimlər təmsilçilərmizin ilk avrokubok qolunu qeydə almaqla da yadda qalıblar. 1995-ci ildə UEFA Kuboku (UK) çərçivəsində baş tutan "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə Yadigar Süleymanovun qolundan sonra israilli hakim mərkəzi göstərmişdi.
Yekunda israilli hakimlərin idarə etdiyi oyunların siyahsına nəzər salaq. 
22.08.95. "Austriya"(Vyana) 5:1"Kəpəz"  (UK)
24.07.00. "Hit Qoritsa" (Sloveniya) 3:1 "Neftçi"  (UK)
27.07.08. "Neftçi" 0:0 ÇSKA  (ÇL)
21.11.07. Azərbaycan 0:1 Belçika (Avropa Çempionatının Seçmə Oyunu)
22.07.08. "Rabotniçki" (Makedoniya) 1:1 "İnter"   (ÇL)
10.10.09. Azərbaycan (U-21) 1:2 Avstriya (U-21) (AÇSO)
21.10.12. Azərbaycan (U-17) 0:1 Polşa (U-17)  (AÇSO)
24.10.12. Bolqarıstan (U-17) 4:1 Azərbaycan (U-17) (AÇSO)
25.07.13. "İnter" 1:0 "Tromse" (Norveç) (Avropa Liqası)
09.09.14. Azərbaycan 1:2 Bolqarıstan (AÇSO)
12.11.14. Slovakiya (U-19) 4:1 Azərbaycan (U-19) (AÇSO)
15.11.14. Azərbaycan (U-19) 3:2 Sloveniya (U-19) (AÇSO)
ELMAR ABDULLA-ZADƏ
Shares: