"Qalatasaray"ın transfer hədəfində olan Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Lukas Podolski Türkiyəyə gəlib. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçunun qardaş ölkənin Antalya şəhərində istirahət etmək üçün bu addımı atıb.
Lakin türkiyəli həmkarlarımız bu fikirdə deyil. Onlar Polşa əsilli oyunçunun istirahət bəhanəsi ilə gəlib, "sarı-qırmızılar"la görüşəcəyini yazıblar. Mənbədə bildirilir ki, İstanbul nəhənginin rəsmiləri 3 illik müqavilə və illik 3.5 milyon avro maaş təklif etdiyi forvardla son detalları müzakirə edəcəklər
Qeyd edək ki, Podolski 2012-ci ildən İngiltərə nəhəngində çıxış edir və klubla hələ 1 illik müqaviləsi var. Londonlular bu keçid üçün "Qalatasaray"dan 8 milyon avro tələb etdiyi deyilir.