Yeni mövsümün hazırlığı üçün qardaş ölkə Türkiyəyə yola düşən “Xəzər Lənkəran” artıq seçdiyi məkandadı. Futbolinfo.az xəbər verir ki, dünəndən etibarən "ağ-yaşıllar" Nevşehir bölgəsində məskunlaşıb və axşam saatlarında yol yorğunluğu nəzərə alınaraq, 45 dəqiqəlik yüngül məşqlə günü tamamlayıblar.
Bu gün isə Bakı vaxtı ilə saat 13:00-da “Xəzər Lənkəran” səhər məşqini keçirərək, fiziki çalışmaları yerinə yetirib. Axşam daha bir məşq keçirəcək komanda toplanışında hazırda 17 futbolçu iştirak edir.
(Klub saytı)