"Rəvan"ın U-19 komandasına baş məşqçi kimi ölkə çempionluğu qazandıran Fizuli Məmmədovun "Zirə"nin 19 yaşlılarına rəhbərlik edəcəyini xəbər vermişdik. UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək komandanın məşqçisinin birdən-birə bu qərara gəlməsi çox maraqlıdı. Səbəbi səbəbkardan öyrənməyə çalışdıq.
– "Rəvan"dan ayrılma səbəbinizi bilmək istərdik…
– Vallah, sadəcə, ayrıldım da… Bilirsən necədi… Yəni, "Zirə"dən…

– …"Zirə"nin təklifi daha sərfəli idi?
– Əslində "Zirə"nin təklifi "Rəvan"dan sonra oldu. Sadəcə, istədim klubdan ayrılıb, başqa yerdə işləyim.

– Belə başa düşdüm ki, "Rəvan" müqaviləni yeniləmədi və sonradan sizə "Zirə"dən təklif gəldi.
– Yox, yeniləmədi sözü olmadı. Mənim "Rəvan"la müqaviləm bitmək üzrə idi. Komandada qamağım təklif olundu. Sadəcə, özüm başqa komandaya keçmək istədim.

– Əldə etdiyimiz məlumata görə, komanda UEFA Gənclər Liqasından sonra fəaliyyətini dayandıracaq. Siz də məhz bu səbəbdən klubu tərk etmisiniz…
– Vallah, öncədən nəsə demək olmur. Komandanın gələcəyi olacaq ya yox – rəhbərliklə bu haqda danışığım olmadı. Gəldim, dedim ki, klubdan ayrılıram. Gənclər Liqasında kluba başçılıq etməyimi istədilər, mən isə razılaşmadım. Yeni komandada işləyib, hər şeyə sıfırdan başlamaq istədiyimi bildirdim. Hansı ki, "Rəvan"da da belə etmişdim.

– Sizin məşqçi Bəhmən Həsənovla aranızda yaranan problemlərə görə ayrıldığınız deyilir.
– Yox, qardaş, Bəhmən müəllim hazırda orda mənim kimi bir məşqçidi. Onunla mənim…Onunla problemdən mən heç vaxt danışmaram. Bəhmən müəllim… Gəl, bu haqda danışmayaq, qadan alım. Xahiş edirəm. Bilirsən necədi, sadəcə, yeni komandada işləmək istəyirdim. Yəni elə bir adam haqqında danış, qadan alım, o haqda rahat danışım. Sən indi məni tanıyırsan. Yəni mən o qədər zəif insanam ki, Bəhmən müəllimlə problemim oldu, çıxdım?

– Sadəcə, bu haqda danışmaq istəmirsiz…
– İstəmirəm bu haqda danışım. Bəhmən müəllim haqda danışmaq istəmirəm. Vallah istəmirəm. İstəsəydim, danışardım.

– Bəs "Zirə"də U-19 komandasının qurulması necə olacaq? Futbolçuları hardan cəlb etmisiniz? Çünki "Zirə"də heç vaxt U-19 komandası olmayıb.
– Əlbəttə, "Zirə" yeni komandadı. Mənim də işim ondan ibarətdi ki, yeni komanda qurum. Necə ki, bunu "Rəvan"da etdim. Düzdü, "Rəvan"da futbolçular var idi. Sadəcə, bu oyunçulara hara qaçmaq, necə qaçmaq lazımdı – bunlar göstərilirdi. Amma burda isə bunu yenidən yaratmaq lazımdı. İnşallah, bunu da yaratmaq üzrə işlər gedir. Bəli, "Rəvan"dan da bəzi oyunçular təklif olunub. Başqa komandalardan da bəzi oyunçular var. Elə futbolçular da var ki, özləri "Zirə"də çıxış etmək istəyirlər. Təklif edirlər ki, bizi də yoxla. Ona görə də işimiz plan üzrə gedir. Müdriyyətə plan vermişəm. İnşallah ayın 20-dən hazırlıqlara başlayacağıq.

– Sizə gələcək işlərinizdə uğurlar…
– Amin. Çox sağ ol, qardaşım. İncimə ha, o haqda danışmadım deyə. Sizə böyük hörmətim var. İnşallah vaxt gələcək bu haqda çox danışılacaq.

CAVAD