2013-cü ildən “İnter”in şərəfini qoruyan Derlis Meza Kolli ölkənin bütün aparıcı klublarının transfer gündəmində olsa da, növbəti mövsüm Azərbaycanda oynamayacağı böyük ölçüdə dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçiyə elçi düşən klublarımızdan heç biri onun tələb etdiyi məbləği ödəmək istəmir.
Futbolçunun ötən illərdə Premyer Liqada çıxış edən digər legionerlərin aldıqları məvacibə yaxın maaş tələb etməsi ilə hazırkı maliyyə durumlarını ayaqlaşdıra bilməyən komandalar 27 yaşlı yarımmüdafiəçinin xidmətlərindən vaz keçməli olublar.
Qeyd edək ki, Meza Kolli 2 mövsüm ərzində “İnter”in heyətində 56 çempionat oyununa çıxıb və rəqib qapılarından 4 qol keçirib.
Shares: