Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
 
Belə ki, komanda Almaniyanın aşağı liqa təmsilçisi "Lar" klubu ilə qarşılaşıb. Görüş “Karlsrue”nin  0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətində meydana çıxan Nazarov  46-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Karlsrue" klubu növbəti mövsüm yenə də Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparacaq.
Shares: