Bu gün Çempionlar Liqasında 2015/2016 mövsümü start götürüb. Futbolinfo.az xəbər verir ki, qitənin ən mötəbər turnirində I təsnifat mərhələsinin oyunları baş tutub.
İlk oyun günündə 3 görüş baş tutub. İlk oyunlar çərçivəsində “Pünik” “Folqor”u, “Linkoln” da “Santa Koloma”nı qəbul edib. “Levadiya” isə səfərdə “Kruzaders”lə üz-üzə gəlib.
Qeyd edək ki, sabah baş tutacaq B-36 (Farer adaları) – TNS (Uels) görüşü ilə 1-ci təsnifat mərhələsinin ilk oyunları yekunlaşacaq.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
1-ci təsnifat mərhələsi, ilk oyunlar
30 iyun
“Pünik” (Ermənistan) – “Folqor” (San-Marino) – 2:1
QOL: Vardges Satumyan, 45, Cesar Romero, 48, – Adolfo, 78,
“Linkoln” (Cəbəllütariq) – “Santa Koloma” (Andorra) – 0:0
“Kruzaders” (Şimali İrlandiya) – “Levadiya” (Estoniya) – 0:0