"Qarabağ" Avstriyanın Kössen şəhərində hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də Ağdam təmsilçisinin hazırlıq prosesini izləymək üçün Kössen şəhərində olacaq.
Xorvatiyalı mütəxəssis iyulun 2-dən 8-dək toplanışda "atlılar"ın məşq prosesini və yoxlama oyunlarını izləyəcək.
Qeyd edək ki, artıq 10 gündü Kössen qəsəbəsində təlim-məşq toplanışında olan "atlılar" bu gün ilk yoxlama matçında sözügedən ölkənin "SV Horn" komandası ilə üz-üzə gələcək.