Topaz Premyer Liqasında yay bazarlığı davam edir. Futbolinfo.az xəbər verir ki, transfer çalışmalarında fəallığı ilə seçilən klublardan biri də "Kəpəz"di.
Yay transfer dönmində hələ ki, 5 futbolçu ilə anlaşan gəncəlilər daha bir oyunçunun keçidini həll etməyə yaxındı. Əldə etdiyimiz məlumata görə, qərblilər ötən mövsüm AZAL-da çıxış etmiş Kərim Diniyevlə razılaşma əldə edib. Yarımmüdafiəçi sabahdan komandanın Bakıdakı məşqlərinə qoşulacaq. Müqavilənin hansı müddətə nəzərdə tutulduğu yaxın günlərdə bilinəcək. Xəbəri saytımıza açıqlamasında futbolçunun özü də təsdiqləyib.
Qeyd edək ki, gəncəlilər bundan öncə də Bəxtiyar Soltanov, Tərlan Quliyev, Şəhriyar Əliyev, Ceyhun Cavadovun keçidini həll etmişdi.