Topaz Premyer Liqasında yay bazarlığı davam edir. Futbolinfo.az xəbər verir ki, ötən mövsümün sonunda əsas futbolçuları ilə yollarını ayıran "İnter" heyətini gücləndirmək üçün çalışmalar aparır.
İndiyədək bir neçə futbolçu ilə müqavilə bağlayan "bankirlər" daha bir oyunçunun keçidini reallaşdıra bilər. Belə ki, paytaxt təmsilçisi ötən mövsümü icarə əsasında AZAL-da keçirən "Rəvan"ın futbolçusu Novruz Məmmədovla danışıqlar aparır. Futbolçu özü isə bu məsələyə belə münasibət bildirib:
"Hər şey 1-2 günə bilinəcək. Hələ ki, razılaşma əldə olunmayıb. Komanda Albaniyadan qayıtdıqdan sonra danışıqlar davam edəcək. Yalnız bundan sonra hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, bir neçə gün öncə ötən mövsümü AZAL-da keçirən Laşa Kasradze və Xuan Fransisko da "İnter"ə transfer olunmuşdu.