İyulun 2-də Avropa Liqasında iştirak edəcək təmsilçilərimizin oyunlarının televiziya vasitəsilə canlı yayımlanıb-yayımlanmayacağı məsələsinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, baş tutacaq 3 matçdan 2-i yerli kanallarımızda nümayiş olunacaq.
Belə ki, Tiflisdə baş tutacaq "Dinamo" – "Qəbələ" qarşılaşmasını AzTV, Bakıda oynanılacaq "Neftçi" – "Mladost" (Çernoqoriya) görüşü isə "İdman Azərbaycan" kanalı vasitəsi ilə tamaşaçılara təqdim olunacaq. Albaniyada oynanılacaq "Laçi" – "İnter" qarşılaşmasını isə heç bir kanal efirə verməyəcək.
Qeyd edək ki, hər iki matçın start fiti saat 21:00-da səslənəcək.