"Rəvan”ın U-19 komandasının yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Fizuli Məmmədovun istefasından sonra boşalan post gənc mütəxəssisə həvalə olunub.
Belə ki, klub rəhbərliyi 2015/2016-cı il mövsümündə UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək komandanı Anar Vəliyevə tapşırıb.
Qeyd edək ki, Vəliyev 2013/2014-ci il mövsümündə "Rəvan”ın əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonuncu mövsümdə isə əsas komandada Ramil Əliyevin köməkçisi olub.
Onu da əlavə edək ki, bu təyinatla bağlı ilk olaraq biz yazmışdıq.