Növbəti mövsümə hazırlaşan Milan "İnter"i daha bir futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, İtaliya nəhəngi Madrid "Atletiko"sunun mərkəz müdafiəçisi Miranda ilə anlaşıb.
Yeni klubunda tibbi yoxlanışdan keçən 30 yaşlı futbolçu ilə yaxın günlərdə 3 illik müqavilə bağlanacaq. Milan təmsilçisi braziliyalı üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2011-ci ildə İspaniya nəhəngində çıxış edirdi.