"Kayserispor"la yollarını ayıran Azərbaycan millisinin qapıçısı Kamran Ağayev yenidən karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Superliqaya yeni vəsiqə qazanmış "Antalyaspor" təcrübəli qolkiperi heyətinə qatmaq istəyir. 
Baş məşqçi Yusuf Şimşekin transfer siyahısında ilk pillədə yer alan Ağayev üçün artıq danııqlar başlayıb. Hazırda müqavilənin detalları müzakirə olunur. Bu barədə məlumatı futbolçunun meneceri Asim Musayev də təsdiqləyib. 
Qeyd edək ki, "Antalyaspor" ulduz futbolçular Samuel Eto və Ronaldinyonu transfer edib.
(sportal.az)
Shares: