“Fənərbaxça” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı bülbüllər” Braziliyanın “Korintians” klubunun qapıçısı Kasio Ramosu heyətinə qatmaq fikrindədi.
 
Türkiyə mətbuatının verdiyi məlumata görə, Mərt Günokla yolları ayıran və əsas qolkiper Volkan Dəmirələ güvənməyən portuqaliyalı baş məşqçi Vitor Pereyra 28 yaşlı qapıçı Kasionun transferində israrlıdı. Bu ilin sonunda klubu ilə müqaviləsi bitən braziliyalı qolkiperin “Fənərbaxça”ya transfer olmaq ehtimalı yüksəkdi.
 
Qeyd edək ki, Kasio 2012-ci ildən “Korintians”da çıxış edir.
Shares: