İspaniya millisi və "Real"ın yarımmüdafiəçisi İskonun komandadakı gələcək taleyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu yeni mövsümdə də “kral klubu”nda qalacaq.
 
İspaniya mətbuatının verdiyi məlumata görə, bu barədə qərarı "Real"ın baş məşqçisi Rafael Benites verib. Təcrübəli mütəxəssis "Yuventus"a transfer olunacağı iddia olunan İskonu komandada saxlamağı lazım bilib.
 
Qeyd edək ki, İsko cari mövsüm "Real"da 34 oyunda meydana çıxaraq 4 qol və 8 məhsuldar ötürmə verib.
Shares: