Portuqaliya millisi və “Real”ın ulduz futbolçusu Kristiano Ronaldo Olimpiya oyunlarında çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş deyib.
 
Prezident 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiada üçün yığmanın heyətinə bir neçə ulduz futbolçunu adını əlavə etmək barəsində düşündüklərini bilidirib:
 
“Biz, yığma komandaya yaşı 23-dən yuxarı olan 3 futbolçu dəvət edə bilərik. Ronaldo da namizədlər arasındadı. Bu barədə qəti qərara gəlməsək də, bu haqda düşünürük ”.

 

Shares: