UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit  Komitəsinin tərkibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı  təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya  Futbol Federasiyasının nümayəndəsi  komitəyə üzv seçilib. 
 
AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi  UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək,  qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə  hesabatlar  hazırlayacaq.
 
(Affa.az)
Shares: