Mövsüm bitdikdən sonra braziliyalı yarımmüdafiəçi Danilo Diasın “Qarabağ”dan ayrılacağı deyildi. Futbolinfo.az xəbər verir ki, sonradan onun komandadan rəsmən getdiyi haqqında məlumatlar da yayılmağa başladı. 
Əslində isə vəziyyət başqa cürdü. Belə ki, Ağdam təmsilçisi ilə 2016-cı ilin yayına qədər müqaviləsi olan cənubi amerikalı klubdan ayrılmayıb. “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov onu sərəncamında görmək istəsəməsə də, müqaviləsinin müddətini bitmədiyi üçün onu göndərə bilməyiblər.
 
Belə olan halda isə təcrübəli mütəxəssis "sambaçı"ya əvəzedici heyətdə oynamağı tapşırıb. Azərbaycan kubokunun final oyunundan sonra vətəninə yollanan futbolçu bu gün Bakıya qayıdacaq və əvəzedici heyətdə məşqlərə başlayacaq. Bu barədə məlumatı saytımıza açıqlamasında Dias özü də təsdiqləyib:
“Mən “Qarabağ”dan ayrılmamışam. Çünki klubla daha 1 illik müqaviləm var. Bu gün Azərbaycana qayıdacam və əvəzedici heyətdə məşqlərimi davam etdirəcəm. Mənim ikinci komandaya getməyim Qurban Qurbanovun istəyidi. Klubun verdiyi qərara hörmət edirəm. Ona görə də əvəzedici heyətdə məşqlərimi edib, əsas komandaya qayıtmağa çalışacam”.
Shares: