UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyunu azərbaycanlı hakimlərə tapşırılıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Ağayevə FİFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını FİFA referisi Rəhim Həsənov yerinə yetirəcək.
(affa.az)