Bakı “İnter”inin və millimzin qapıçısı Səlahət Ağayevin futbolinfo.az saytına müsahibəsi:
– Öncə Avropa Liqasında Albaniyanın “Laçi” klubu ilə düşməyinizi dəyərləndirərdiz. Sizcə, püşk üzünüzə güldü?
– “Laçi”nin yaxşı komanda olduğunu bilirəm. Son mövsümdə ölkə kubokunu qazanıb. Çempionatda 5-ci yeri tutublar. Bu ondan xəbər verir ki, rəqib heç də zəif deyil. 
– Rəqibinizin üstün cəhətləri nədi?
– Onu bilirəm ki, daha çox əks hücumlarla oynayırlar. Bir də standart vəziyyətlərdən fərqlənməyə çalışırlar. Bu da onların üstün cəhətidi. 
– Bəs “İnter”in mərhələ adlamaq üçün şansları nə qədərdi?
– Heç də az deyil. Ötən mövsümkündən zəif deyilik. Öncədən danışmaq heç də yaxşı deyil. Nəyə qadir olduğumuzu zaman göstərəcək. Düşünürəm ki, burda qələbə də qazana bilərik.
– Maliyyə problemlərinə baxmayaraq, “İnter” transferlərdə etdi…
– Durumumuz hər kəsə bəllidi. Belə bir vəziyyətdə bu transferlə həqiqətən çox yaxşıdı. Düşünürəm ki, rəqiblərimiz üçün asan olmayacaq. İndiki hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı.
– Kaxaber Sxadadzenin gedişindən sonra yeni baş məşqçinizlə uğur qazanmaq mümkün olacaq?
– O, çox təcrübəli məşqçidi. Onunla uğur qazanacağımızı düşünürəm. Bizim üçün hər şey əla olacaq. Özümüzə güvənirəm. 
– Ötən mövsüm başa çatdıqdan sonra başqa klublara keçmək variantınız var idi. Nə üçün getmədiz?
– “İnter”də hər şey məni qane edir. Burada özümü rahat hiss edirəm. Ona görə də başqa klublara getmədim.
– Amma maliyyə problemlərinin olacağı bəlli idi?
– Ola bilər ki, burada pul yoxdu. Pul lazımdı, amma hər şey demək deyil.
– “Xəzər Lənkəran”a keçidin gündəmdə idi. Lakin sonradan bildirdilər ki, cənub klubundan 350 min istədiyin üçün bu keçid baş tutmayıb…
– Kimin nə deməsinin önəmi yoxdu. Artıq gecdi. “İnter”in futbolçusuyam və burda qalacam. Pula gəlincə, mən heç kimdən artıq pul istəməmişəm. Öz haqqımı tələb etmişəm. İndi bu barədə danışmağın yeri yoxdu.
AĞA
Shares: