Çexiyada təşkil olunan 21 yaşlı futbolçular arasındakı Avropa Çempionatı başa çatıb. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə İsveç və Portuqaliya üz-üzə gəlib.  
Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmada çempion penalitlərdən sonra müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (4:3) isveçlilər yekunda turnirin qalibi olub. 
Qeyd edək ki, qitə çempionatı iyunun 17-də start götürmüşdü.
Shares: