“Qalatasaray”ın portuqaliyalı futbolçusu Bruma karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, “Real Sosyedad” 20 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.
Türkiyə mətbuatının iddiasına görə, artıq tərəflər razılıq da əldə edib. Lakin sözügedən klubla hələ ki, bu barədə rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, 2013-cü ildə ölkəsinin “Sportinq” klubundan 12 milyon avroya İstanbul nəhənginə transfer olunan gənc istedad bu müddətdə "Cim-Bom"un heyətində 48 matçda 4 dəfə fərqlənib.
Shares: