"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında evdə “Mladost”u (Çernoqoriya) qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün görüşün baş tutacağı "Bakcell Arena"da həmin oyun üçün mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran “Neftçi”nin futbolçusu Elşən Abdullayev sabah keçiriləcək oyunla bağlı bu sözləri deyib:
“Sabah meydanda “Neftçi”nin gücünü göstərəcəyik. İnanırıq ki, hər şey “Neftçi” üçün yaxşı olacaq”.