Bir neçə dəqiqədən sonra Tiflisdə, Boris Payçadze adına stadionun konfrans zalında "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı başlayacaq. Futbolinfo.az saytının Tiflisə ezam olunmuş müxbiri tədbirdən canlı reportajı təqdim edir.
 
“Sevindiricidi ki, zalda xeyli insan toplaşıb. Bu üzdən də birbaşa suallara keçməyinizi istəyərdim”
 
– Həmkarınız bir qədər keçirilən mətbuat konfransında qeyd edib ki, komandamıza məğlub olmağı təsəvvür etmirəm.
– Onun dediklərini şərh etmək istəmirəm. Məqsədimiz mərhələ adlamaqdı. Rəqib olduqca ciddidi. Ancaq biz tam məsuliyyətlə oyuna hazırlaşırıq. İndi ilk oyunu düşünürük.
 
– Müasir "Dinamo" barədə nə deyə bilərsiniz?
– Rəqib komanda maraqlı futbol sərgiləyir. Əminəm ki, sabah futbolsevərlər maraqlı tamaşanın şahidi olacaqlar.
 
– "Qəbələ"yə yeni təyin olunmusunuz. Adaptasiya olmusunuz?
– Artıq burda olmağımın ikinci mərhələsindəyəm. Düşünürəm ki, komandamla çoxdan çalışıram. Ancaq mövsüm başa çatdıqdan sonra yeni futbolçuları dəvət etmişik. Mənim adaptasiyamdan çox, futbolçuların bir-birinə isnişməsi vacibdi. Elə oyunçular var ki, 4 gündü bizə qoşulub. Təki onlar adaptasiya ilə bağlı problem yaşamasınlar.
 
– Yeni futbolçularla yeni sistem tətbiq edəcəksiniz, yoxsa əvvəlki modeli davam etdirəcəksiniz?
– Modeli dəyişmək niyyətimiz yoxdu. Klub rəhbərliyi gözəgəlimli futbol oynamağımızı tələb edir və bunu uyğun da model tətbiq edirik.
 
– Nəticəyə xüsusi diqqət yetirirsiniz. Nəzərə alsaq ki, səfərdə oynayırsınız, belə bir qənaətə gəlmək olarmı ki, ikinci nömrəylə oynayacaqsınız? Ümumiyyətlə, komandamız qapısının toxunulmazlığını qorusa, sizi qane edəcəkmi?
– Kim dedi ki, biz ikinci nömrəylə oynayacağıq? Mən elə söz deməmişəm! Bəli, nəticəni düşünürük. Ancaq 0:0 məni qane etməyəcək. Bizi 5:0 hesablı qələbə qane edəcək!
 
CEYHUN ƏLİYEV, Tiflis
Shares: