Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" sabah Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün hər iki komandanın oyunöncəsi məşqi nəzərdə tutulsa da bu fürsətdən yalnız bakılılar istifadə edib.
 
İlk öncə "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. Ardınca isə Çernoqoriya təmsilçisinin baş məşqçisi Aleksandar Nedoviç medya nümayəndələri önünə çıxmalı idi. Lakin "Mladost " stadiona təşrif buyurmadığından mətbuat konfransı baş tutmayıb. “Neftçi”nin mətbuat xidmətindən rəhbəri Gündüz Abbaszadə komandanın "Bakcell Arena "ya gəlib yalnız məşqlə kifayətlənəcəyini bildirib.
Shares: