"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflisdə yerli "Dinamo" ilə oyuna bir gün qalmış baş tutan mətbuat konfransından sonra təmsilçimiz "Dinamo-Arena"da məşqə çıxdı. Futbolinfo.az saytının Gürcüstana ezam olunan müxbirinin məlumatına görə, mətbuat üçün açıq olan məşqin ilk 15 dəqiqəsində futbolçular daha çox isinmə hərəkətləri etdilər. Yalnız qapıçılar meydançanın kənarında qrup halında fərqli çalışdılar. 
 
Qeyd edək ki, "Dinamo" – "Qəbələ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Shares: