"Borussiya" yarımmüdafiəçisi İlkay Gündoğanla müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
 
Belə ki, türkəsilli alman futbolçu ilə 2016-cı ilin 31 iyununda bitəcək müqaviləsinin vaxtı daha bir il müddətində uzadılıb.
 
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2011-ci ildən “Borussiya”da çıxış edir. Əlavə olaraq bildirək ki, İlkay ilə "Barselona", "Bavariya" və PSJ klubları yaxından maraqlanırdı. 
Shares: