Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" sabah Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq bakılıların UEFA-ya göndərdiyi futbolçuların yekun siyahısı məlum olub.
 
Bundan öncə göndərilən siyahıya daha bir futbolçu əlavə etmək imkanı olan "flaqman" bu şansdan istifadə edib.
 
Belə ki, iki namizəd Cavid İmamverdiyev və Aylton olsa da "ağ qaralar" UEFA-ya braziliyalı futbolçunun adını göndərib. Buna səbəb İmamverdiyevin uzun müddət yaşıl meydanlara çıxmaması olub. Həmçinin braziliyalı futbolçunu hazırda bakılılara daha çox xeyir verəcəyini düşünən məşqçilər bu qərarı verib.
Shares: