Türkiyə millisi və “Atletiko”nun yarımmüdafiəçisi Arda Turan “Barselona” ilə anlaşıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” və “Sport” nəşrləri məlumat yayıb.
 
Belə ki, müqaviləsində 41 milyon avroya sərbəst qalma bəndi olan türk futbolçu üçün 35 milyon avro ödəyən Katalon təmsilçisinin təklifi madridlilər tərəfindən qəbul edilib. İspaniyalı həmkarlarımız iddia edir ki, Arda ilə “Barselona” arasında 5 illik müqavilə imzalanacaq. 
 
Transfer rəsmi olaraq “Barselona” klubunda keçiriləcək prezident seçkilərindən sonra elan olunacaq.
 
Qeyd edək ki, FİFA-nın transfer cəzası səbəbi ilə Ardanı yanvar ayına kimi rəsmi oyunlarda oynada bilməyən “Barselona”, futbolçunu bir müddətə “Qalatasaray”a icarəyə verəcək.
Shares: