“Qalatasaray”ın braziliyalı yarımmüdafiəçisi Felipe Melo komandadan ayrılmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın baş məşqçisi Həmzə Həmzəoğlu məlumat verib.
 
Türkiyə mətbuatına açıqlama verən çalışdırıcı bunları deyib: “Felipe Melo ayrılmaq istədiyini və təkliflərinin olduğunu bizə dedi. O, ayın 10-da komandanın düşərgəsinə qoşulacaq. Biz Melonun bizimlə davam etməsini istəyirik”.
 
Qeyd edək ki, 32 yaşlı futbolçu 2011-ci ildən İstanbul nəhəngində çıxış edir.
Shares: