"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, iyunun 30-da "SV Horn"la ilk yoxlama oyununa çıxan "atlılar" ötən gün istirahətdə olub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra futbolçulara istirahət şansı yaradıb. Bu günə isə komandanın 2 məşqi nəzərdə tutulub.
Sentyabr ayında "Sent-Etyenn"lə (Fransa) oyunda zədələnərək sıradan çıxan Çumbinyo da komandanın düşərgəsindədi. Braziliyalı srağagün "Qarabağ"ın məskunlaşdığı otelə gəlib.
Qeyd edək ki, ağdamlılar növbəti yoxlama oyununa İyulun 3-də çıxacaq. Rəqib isə Ruminiya "Styaua"sıdı.
(Klub saytı)