"Xәzәr Lәnkәran"ın sabiq futbolçusu Dieqo Souzanı heyәtә qaytarmaq istәdiyi ilə bağlı yazmışdıq. Futbolinfo.az xәbәr verir ki, "ağ-yaşıllar" artıq oyunçunu Türkiyəyə – toplanışda olan komandanın düşərgəsinə çağırıb.
  
Belə ki, 26 yaşlı yarımmüdafiəçi 2 gün sonra komandanın Nevşehirdəki düşәrgәsinә qoşulacaq. Braziliyalı әvvәlcә baxışdan keçәcәk. Onun hazırkı vəziyyəti Cənub klubunun baş mәşqçisi Yunis Hüseynovu qane edәrsә, müqavilә imzalanacaq. 
Saytımıza açıqlama verәn futbolçu özü dә iki gün sonra Türkiyәyә gedәcәyini tәsdiqlәyib: "Hazırda Braziliyadayam. İki gün sonra "Xәzәr Lәnkәran"ın düşәrgәsinә qoşulacam. Müqavilә imzalayıb-imzalamayacağım isә orda bәlli olacaq".
Shares: