Ölkəmizi Avropa Liqasında təmsil edən “İnter” klubu bu gün 1-ci təsnifat mərhələsində ilk matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz Albaniyada yerli “Laçi”nin qonağı olacaq. 
Dünən isə meydan sahiblərinin baş məşqçisi Armando Kunqu mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:
"Hər şeydən öncə, kimin nə dediyini bilmirəm. Lakin bu danışılanlar o mənanı vermir ki, mən, yaxud futbolçularım mərhələ adlayacağımıza inanmır. Reallıq budu ki, biz "Laçi"dən də güclü, səviyyəli komanda ilə üz-üzə gələcəyik. Lakin bu mübut olunmalıdı. Biz qələbə üçün oynayacağıq və bunun müzakirəyə ehtiyacı yoxdu. "İnter" düşünür ki, problemlərini Bakıda qoyub və buraya nəticə üçün gəlib. Deyilənlərin heç biri doğru deyil. Təbii ki, mənim üçün ən önəmlisi "Laçi"nin durumudu. Hesab edirəm ki, Albaniya Kubokunun finalındakı kimi oynasaq, lazımı nəticə qazana bilərik”.
Qeyd edək ki, “Laçi” – “İnter” qarşılaşması Bakı vaxtı ilə 20:30-da start götürəcək.
Shares: