Növbәti mövsümün hazırlıqlarını Türkiyәnin Nevşehir şәhәrindә davam etdirәn "Xәzәr Lәnkәran" transfer çalışmaları da aparır. Futbolinfo.az xәbәr verir ki, "ağ-yaşıllar" "Simurq"dan ayrılan polşalı qapıçı Pavel Kapsanı heyətinə qatmaq üçün işləri irəlilədib.
Belə ki, təcrübəli əlcək sahibi sabah cənubluların Nevşehirdəki düşərgəsinə yollanacaq. Bu barədə oyunçunun özü məlumat verib.
Saytımıza danışan Kapsa bu sözləri deyib: "Ola bilər ki, sabah, ya da o biri gün Türkiyəyə gedəcəm. "Xəzər Lənkəran"la şifahi danışıq olub. Amma biz ətraflı Türkiyədə danışacağıq. Onların düşərgəsinə qoşulandan sonra hər şey bəlli olacaq".
Qeyd edək ki, 32 yaşlı qolkiper 2013-cü idən Zaqatala klubunda çıxış edirdi.