Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz Gürcüstanda yerli “Dinamo”nun qonağı olacaq.
Dünən isə meydan sahiblərinin futbolçusu Mate Çinçadze mətbuat nümayəndələrinə matçla bağlı fikirlərini bildirib: "Mən avrokuboklarda iştirak edən bütün Gürcüstan klublarına uğurlar arzu edirəm. Hazırda “Dinamo”da yeni futbolçular var və biz komanda şəklində oynayırıq. Toplanışımız çox səmərəli alındı. “Qəbələ” ilə matçda ələimizdən gələni edəcəyik və sona qədər mübarizə aparacağıq. Hər şeyə meydanda aydınlıq gələcək ".
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” qarşılaşması bu gün saat 21:00-da start götürəcək.