Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün 1-ci təsnifat mərhələsində ilk matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz Tiflisdə yerli “Dinamo”nun qonağı olacaq.
Dünən isə meydan sahiblərinin baş məşqçisi Georgi Gequçadze mətbuat konfransında matçla bağlı fikirlərini bildirib. Qia ilk növbədə komandasının hazırlığından söhbət açıb:
“Sabahkı qarşılaşmaya jurnalistlərin və azarkeşlərin marağı böyükdü. Hamımız uğurlu nəticə gözləyirik və mən bütün gürcü komandalarına avrokuboklarda uğurlar arzu edirəm. Biz Sloveniyada təlim-məşq toplanışında olduq, bundan öncə isə Tiflisdə hazırlıqlarmızı davam etdirirdik. Toplanışda olduğumuz müddətdə 3 yoxlama matçı keçirdik. Artıq 5 gündü ki, Tiflisdəyik və hazırlıqlarmmızı davam etdirirk. Çalışmalarımız uğurlu keçdiyini deyə bilərəm".
50 yaşlı çalışdırıcı heyətdəki zədəlilərdən də gileylənib: "Ancaq Otar Kakabadze və David Volkov zədə səbəbindən bizlə birgə olmayacaq. Digər futbolçuların hamısı sağlamdı və yaxşı formadadı".
Gürcü məşqçi təmsilçimizlə bağlı isə bu sözləri deyib: "Rəqib komanda haqqında məlumatımız var. Bu gün “Qəbələ”də yeni futboçular var. Hesa edirəm ki, təcrübəli və gənc futbolçuların vəhdətindən qurulmuş rəqib komandaya qarşı oynamaq bizim üçün asan olmayacaq. Bizim də yeni futboçularımız komandaya uyğunlaşır,amma hər şey gələcəkdə bilinəcək”.
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” qarşılaşması bu gün saat 21:00-da start götürəcək.