Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, daha bir yoxlama matçında gücünü sınayıb.
"Qırmızı-ağlar" yerli "TuS Haltern" komandası ilə üz-üzə gəlib. Görüş Dusseldorf təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ikinci hissə meydana çıxan futbolçumuz sona qədər mübarizə aparıb.