"Mançester Yunayted"in ulduz futbolçusu Anxel di Mariya karyerasını Fransada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, sözü gedən ölkənin nəhəng klublarından olan PSJ 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. 
Yerli "L'Equipe" nəşrinin yazdığına görə, Paris təmsilçisi argentinalı üçün 60 milyon avro təklif etməyə hazırlaşır. Klub rəhbərliyinin yaxın günlərdə bu barədə İngiltərə nəhənginə müraciət edəcəyi deyilir.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan hücumaneyilli yarımmüdafiəçi ötən ilin avqustunda Madrid "Real"ından ayrılaraq, ingilislərlə 5 illik müqavilə bağlamışdı.
Shares: