Növbəti mövsümünə hazırlıq üçün Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" transfer çalışmalarını da davam etdirir. Futbolinfo.az xəbər verir ki, bolşalı qapıçı Pavel Kapsa və braziliyalı yarımmüdafiəçi Dieqo Souzanı baxışa dəvət edən "ağ-yaşıllar" heyətə daha bir futbolçuya təklif göndərib.
Bu xorvatiyalı hücumçu Ante Mitroviçdi. Cənub klubu hələlik 27 yaşlı forvardı düşərgəyə dəvət edib. Əldə etdiyimiz məlumata görə, xorvatiyalı sabah qardaş ölkəyə üz tutacaq.  Mitroviç hətta klubla bağlı cənubluların sabiq futbolçusu və həmyerlisi Marin Orsuluçlə də məsləhətləşib.  
Bu məlumatı saytımıza açıqlamasında futbolçu özü də təsdiqləyib. Lakin o, bir qədər ehtiyyatlı danışmağı üstün tutub: “Sabah saat 11:00-da Türkiyəyə gedəcəm. Növbəti gün axşama artıq “Xəzər Lənkəran”ın düşərgəsində olacam. Müqavilə imzalayıb-imzalamayacağım isə baş məşqçinin qərarından asılı olacaq. “Xəzər Lənkəran” haqqında bu komandanın sabiq futbolçusu Marin Orsuliçlə məsləhətləşdim. Onlar haqqında yalnız yaxşı şeylər söylədi”.
Shares: