İngiltərəli məşhur futbolçu Eşli Koul arzuolunmaz hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, “Roma”nın (İtaliya) müdafiəçisi Londonda gecə klublarının birində qalmaqal salıb. 
Belə ki, 34 yaşlı arxa xətt oyunçusu model Karla Xouya yaxınlaşaraq, söz atıb. Afrika əsilli oyunçunun qeyri-etik davranışı xanımın futbolçuya əl qaldırmasıyla nəticələnib. Belə ki, modelin yumruq zərbəsindən sonra futbolçunun sifəti al-qana boyanıb. 
Karla Xouya beş il əvvəl əkiz bacisi Melisayla görüşən futbolçunun onu izlədiyni deyib: “Eşli məni hər yerdə izləyirdi. O, mənə gecə klubunu tərk etməyi tələb etdi. Elə bilirdi ki, onun dediyi ilə oturub-duracam. Əvəzində cavab olaraq, məndən yumruq zərbələri yedi. Düzü, onun sifətinin belə tez al-qana boyanacağını gözləmirdim. Zərbədən sonra barmağımda üzük onun dodaqlarını parçalamışdı. Bunu bacıma görə etdim. Eşli elə bilir ki, qadınlar gücsüz və zəifdir. Yəqin ki. bundan sonra futbolçu öz hərkətlərinə fikir verəcək”.
Shares: