Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" bu gün Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmadan öncə arzuolunmaz hadisə yaşanıb.
Oyunun başlamasına az qalmış stadionun qarşısında qalmaqal yaşanıb. Belə ki, staionda biletləri yoxlayan könüllülərlə polislər arasında mübahisə yaranıb. Buna səbəb asayiş keşikçilərinin biletsiz olan bir neçə azarkeşi içəri keçirməsi olub. Etiraz edən könüllünü  təkləyən polislərin qarşısını digər bir polis mayoru alıb və qalmaqal sakitləşib.
Shares: