Gürcüstan paytaxtında Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su ilə "Qəbələ" arasındakı görüşü izləyənlər sırasında "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadze də var. Futbolinfo.az saytının Tiflisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Gürcüstan millisinin "sükanı arxası"na keçən mütəxəssis meydan sahiblərinin yığmaya potensial namizədlərin oyununu izləmək üçün stadiona təşrif buyurub.
Qeyd edək ki, 47 yaşlı Sxadadze 2009-2015-ci illərdə paytaxt təmsilçisinin baş məşqçisi olub.
Shares: