Tiflisdə yerli "Dinamo" ilə "Qəbələ" qarasında keçirilən qarşılaşmada xoşagəlməz hadisə yaşanıb. Futbolinfo.az saytının Gürcüstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, meydan sahiblərinin 10 nömrəli futbolçusu Georgi Papunaşvilinin təmsilçimizin qapısından keçirdiyi ikinci qoldan sonra azarkeşlərə tərəf qaçması, yerli fanatların tribunalardan qaçış zolağına tökülüşməsi ilə müşaiyət olunub.
Hadisəyə müdaxilə edən yerli polis qısa zaman kəsiyində fanatları hadisə yerindən kənarlaşdırıb.
Shares: