UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"unu qəbul edir.
 
Hazırda "Bakcell Arena"da keçirilən matçda bakılıların 3 legioner futbolçusu bu qarşılaşmanı tribunadan izləyir. Belə ki, cəzalı olan Sesilyo Kaue, Erik Ramos və zədəli Flavinyo bu gün azarkeş qismində yerlərini alıblar.
Shares: