UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"u ilə 2:2 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Nikola Rakoyeviç heç-heçəni belə şərh edib: 
"Nәticәdәn razıyam. 2:2 bizim üçün yaxşı nәticәdi. Ölkәmizә ümidlә qayıdırıq. Әlbәttә 90 dәqiqә bu qarşılaşmanın ilk hissәsidi. "Neftçi" topa nәzarәt edәrkәn, mәn hәyәcan keçirirdim. Hәr iki komandanın şansı var".
– "Neftçi"ni nәyә әsasәn analiz etdiniz? Çünki komanda ötәn mövsümdәn dәyişib. 
– Düzgün deyirsiz. "Neftçi"ni 2 oyuna әsasәn analiz etmişdik. Hәr iki komandanın bir-biri haqqında mәlumatı yox idi. Birinci qol "Neftçi"nin bәxtinә yazmaq olar. İkinci qolu da müdafiımizin sәhvindәn vurdu. "Neftçi' tamam dәyişib. Hiss olunur ki, komanda yenidi".
Shares: