Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su ilə "Qəbələ" arasında keçirilən qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Georgi Gequçadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yerli jurnalistlərə alqışa görə təşəkkür edib.
– Çətin oyun idi. Xüsusilə azlıqda qaldıqdan sonra çətin anlar yaşadıq. Düşünürəm ki, İaşvilinin meydana daxil olması, oyunda dönüş nöqtəsi oldu.
– Oyun zamanı göründü ki, ən zəif mövqeyiniz qapıçı idi. O, qalacaqmı?
– Razılaşmıram. Qapıçımız normal oynadı. Heyətə ən yaxşılar cəlb olunmuşdu. Əlbəttə, yeni qapıçı ala bilərik, ancaq istisna etmirəm ki, elə Libor Hrdiçka ilə yolumuzu davam edəcəyik.

– Qırmızı vərəqə barədə nə deyə bilərsiniz?
– Qoy, Bunu jurnalistlər müzakirə etsin. Heç vaxt hakimlik barədə danışmağı sevməmişəm.

– Oyunun gedişatında Çanturidze zədələndi. Durumu nə yerdədi?
– Bunu həkim müayinəsindən sonra biləcəyik.

– İaşvilinin oyuna daxil olmasından sonra dönüş yarandı. Nəyə görə onu start heyətində döyüşə atmadınız?
– Ola bilsin ki, İaşvili oyuna tez daxil olsaydı, fərqli nəticə olardı. Ancaq hesab edirəm ki, onu döyüşə vaxtında daxil etdim.

– Oyun zamanı müdafiəçiləriniz inamsız görünürdü.
– Razılaşıram. İlk yarıda üstün tərəf biz idik. Azlıqda qaldıqdan sonra təşəbbüsü əldən verdik. Üstəlik "Qəbələ"ni də qeyd etməliyəm. Rəqibin heyəti kifayət qədər güclü futbolçulardan qurulub.

– Birinci hissədə "Qəbələ" xeyli təhlükəli epizodlar yaratdı. Bunu nə vaxt aradan qaldıracaqsınız?
– Bir daha qeyd edirəm, rəqib kifayət qədər potensiallı oyunçulardan qurulan bir komanda idi. Çalışacağıq ki, gələcəkdə daha az səhvə yol verək.

– "Qəbələ" səfərdə qol vurdu. Bu, növbəti mərhələyə yüksəlməyinizi nə dərəcədə əngəlləyə bilər?
– Əlbəttə qol buraxmağımız mənfi haldı. Ancaq əvvəlcədən nəsə deyə bilmərəm, bunu yalnız təkrar qarşılaşmadan sonra biləcəyik.

CEYHUN ƏLİYEV, Tiflis