Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su ilə "Qəbələ" arasında keçirilən qarşılaşmadan sonra təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 50 yaşlı ukraynalı mütəxəssis ilk olaraq, media mənsublarını beynəlxalq jurnalist günü münasibəti ilə təbrik etdi.
– Komandanız nəyə görə qorxaq futbol sərgilədi?
– Mən də yetirmələrimdən daha yaxşı oyun gözləyirdim. Doğrudu, yeni heyət formalaşdırmışıq, ancaq bütün hallarda az da olsa, daha gözəgəlimli oyun gözləyirdim. Oyunun ilk 20 dəqiqəsində xeyli top itkisinə yol verdik. Bax həmin tou geri almaq üçün çox enerji sərf etdik.

– Rəqibin azlıqda 2 qol vurması heç də xoş deyil.
– "Dinamo" azlıqda qaldıqdan sonra təşəbbüsə yiyələnmədi. Sadəcə, əks-hücumlardan istifadə etdilər. Fərdi kobud səhvlər qapımıza vurulan qollarla nəticələndi. Ancaq bütün hallarda yaratdığımız qol vəziyyətlərini xatırladıqda, əsəsbləşməmək olmur. Müəyyən zamana ehtiyacımız var. Komanda formalaşmalıdı.

– Rəşad Sadiqov və Dodo döyüşə atıldıqdan sonra komandamız canlandı. Nəyə görə bu futbolçuları bu qədər gec daxil etdiniz?
– Dodo az müddət məşq edib. Bundan çox meydanda ola bilməzdi. Elə Rəşadla bağlı da hesab edirəm ki, zamanında meydana daxil edildi.

– Mərhələ keçmək şanslarınız barədə nə deyə bilərsiniz?
– Faizlə demək istəmirəm. Ancaq şanslarımız qalır.

– Sətirarası desək, 50 faizdən azdı?
– Sətirarası desək, bəli, amma 50-dən çox fərqlənmir.

– Qeyd etdiniz ki, ilk 20 dəqiqədə oyununuz alınmadı. Ancaq qolları 2-ci hissədə buraxdınız…
– Rəhbərliyim altında 20 oyun keçirən komanda bu cür faciəvi xətalara yol verməmişdi. Ancaq onu deyə bilərəm ki, bu axşam bizim günümüz deyildi.

– Təkrar oyunda bugünkü matçla müqayisədə, heyətdə ciddi dəyişiklər olacaqmı?
– Bəli, müdafiəçilər səhvə yol verdilər. Ancaq bu, o demək deyil ki, onları ehtiyata göndərəcəyik. Təkrar qarşılaşmaya ən yaxşı hazır olan futbolçular çıxacaq.

– Futbolçularınız tapşırıqlarınızı 80 faiz yerinə yetirsələr, Qəbələdə favorit olacaqsınız?
– Oyunçularım 100 faiz tapşırıqlarımı yerinə yetirmələdi. Bax onda biz qalib gələcəyik.

– Tiflisdə keçiriləcək Superkubok matçına sizə bilet almışıq. Qonaq gələrsiniz?
– Bağışlayın, ancaq başımız avrokuboklara qarışıq olacaq və dəvətinizi qəbul edə bilmərəm.

CEYHUN ƏLİYEV, Tiflis