UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"u ilə 2:2 bərabərə qalıb.
 
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən ev sahibi komandanın müdafəçisi Aylton heç-heçəni belə şərh edib:
 
“Neftçi”də olduğum üçün çox xoşbəxtəm. İlk oyunuma qələbə ilə başlasaydım yaxşı olardı. Ümumilikdə yaxşı oyun oldu. Qol epizodlarımız çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Amma səfərdə qalib gələcəyik. Bizim futbolçularmız rəqibdən keyfiyyətlidi. Şanslarımız çox olsa da qol vura bilmədik. Hesabda öndə olarkən müdafiə xəttinə daha çox diqqət yetirdiyimiz üçün 2-ci qolu buraxdıq. Qələbə qazana bilərdik. “Mladost”dan qat-qat güclü komandayıq”.
Shares: